Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil

0 19

Türkiyənin BRİKS və ya ASEAN-a qoşulması onun NATO-dan çıxması demək deyil.

«Report»un «Anadolu» agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclasından qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

“Bu birliklərin bir-birinə alternativ olduğunu düşünmürük. Müasir dövrdə beynəlxalq gərginlik yaşansa da, bizə Soyuq müharibə dövrünün çoxdan keçdiyini söyləyənlər var. Bəzi qüvvələr var ki, bizi BRİKS-ə qoşulmamağa çağırırlar. Bu həmin qüvvələrdir ki, illərdir bizi Avropa İttifaqının qapısında gözləməyə məcbur ediblər. Gələcəyimizi heç vaxt onların fikri əsasında qura bilmərik”, — Ərdoğan bildirib.

Türkiyə lideri əlavə edib ki, ölkəsinin kontinental Avropa və Amerika ilə yanaşı, Mərkəzi Asiya, Rusiya, Baltikyanı, Uzaq Şərqlə əlaqələri, ərəb coğrafiyasında dərin tarixi kökləri və Körfəz ölkələri ilə münasibətləri faktını nəzərdən qaçırmaq olmaz.





Source link

Leave A Reply

Your email address will not be published.