FIFA Fransa millisinin bilərəkdən uduzması şübhəsi ilə araşdırmalara başlayıb

0 1


FIFA Özbəkistanda keçirilən futzal üzrə dünya çempionatının qrup mərhələsinin III turunda Fransa yığmasının qəsdən uduzması şübhəsi ilə araşdırmalara başlayıb.

«Report» «RMS Sport» agentliyinə istinadən xəbər verir ki, İran millisinə 1:4 hesabı ilə məğlub olan «xoruzlar» 1/8 finala qrup ikincisi kimi yüksəliblər.

Fransızlar bu görüşdə qalib gələrək qrup lideri kimi növbəti mərhələyə adlasaydı, püşkatmanın nəticələrinə əsasən 1/4 finalda dünya reytinqində birinci sırada olan Braziliya ilə qarşılaşmalı olacaqdı.

Turnir iştirakçılarının iddialarına görə, onlar İrana bilərəkdən uduzublar.

Qeyd edək ki, Fransa mundialın 1/8 finalında Tailand yığması ilə qarşılaşacaq.





Source link

Leave A Reply

Your email address will not be published.