Türkiyənin mərkəzi hissəsində Nevşehir şəhəri yaxınlığında turistləri daşıyan avtobus aşıb, nəticədə 18 nəfər xəsarət alıb.
“Report”un Sabah qəzetinə istinadən verdiyi məlumata görə, xəsarət alanların 15-i turistdir.
Avtobus turistlər arasında məşhur olan Kapadokya bölgəsinin yaxınlığında yerləşən Nevşehirdən Antalya vilayətinin Alanya şəhərinə gedirmiş.
İlkin məlumata görə, sürücü idarəetməni itirib və nəticədə qəza baş verib.
Yaralılar xəstəxanalara çatdırılıb.