İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah”ın 180-ə yaxın hədəfinə zərbələr endirib.
«Report» xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Hücum zamanı atış qurğuları üçün minlərlə konteyner məhv edilib.
Qeyd olunur ki, hücuma məruz qalan raket buraxılış qurğuları doldurularaq İsrail ərazisini atəşə tutmağa hazırlanıb.
Bununla yanaşı, İsrail artilleriyası Livanın cənubunda bir sıra əraziləri atəşə tutub.