Silvestr Stallone qızları üçün 25 milyon dollara malikanə aldı

0 1


Hollivud ulduzu Silvestr Stallone üç qızı üçün 24,95 milyon dollara Şərqi Hemptonda cazibədar malikanə alıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, «Rokki» təxminən 12,000 kvadrat fut yaşayış sahəsi olan və bir akrdan çox ərazidə yerləşən malikanəni qızlarına hədiyyə edib.

8 yataq otaqlı, doqquz vanna otağı olan ev üç mərtəbəlidir və çimərlikdən cəmi bir mil məsafədədir. Evin içində xüsusi lift, həyətində böyük hovuz var.

Evə girəndə qonaqları ikiqat hündürlüklü giriş zalı və dəbdəbəli pilləkən qarşılayır. 

İki böyük qarajı olan ev əntiq aksessuarlarla bəzədilib.


 



Source link

Leave A Reply

Your email address will not be published.