«Abşeron» basketbol klubu heyətini ABŞ-li oyunçu ilə gücləndirib

0 1

«Abşeron» basketbol klubu heyətini ABŞ-li oyunçu ilə gücləndirib.

«Report» klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun qurucusu mövqeyində çıxış edən Sedrik Consonla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Basketbolçu son olaraq ölkəsində «St-Xavier» komandasının şərəfini qoruyub.

Qeyd edək ki, «Abşeron» buna qədər Lari Robinson və Nəcəf Babayevlə 1 illik müqavilə imzalayıb.

Leave A Reply

Your email address will not be published.