Qazaxıstan enerji çatışmazlığını azaltmaq üçün Aİ-yə neft ixracını artırmağa hazırdır

0 25

Qazaxıstan hökuməti qlobal enerji ehtiyatlarının çatışmazlığını azaltmaq üçün Avropa İttifaqı (Aİ) ölkələrinə neft tədarükünü artırmağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Qazaxıstan-Almaniya biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Qazaxıstan Avrasiyada ikinci ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malik ölkədir və dünya bazarlarına enerji resurslarının əsas tədarükçülərindəndir.

“Qazaxıstanın neft ixracının 70 %-nin Aİ-yə getdiyini nəzərə alsaq, ölkəmiz ixrac imkanlarını artırmağa və enerji ehtiyatlarındakı qlobal çatışmazlığı azaltmağa kömək etməyə hazırdır”, — Tokayev deyib.

Leave A Reply

Your email address will not be published.