Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda «Qarabağ» qələbə qazanıb.
«Report» xəbər verir ki, «Azərsun Arena»da «Səbail»ı qəbul edən Ağdam təmsilçisi 2:1 hesablı qalibiyyətə sevinib.
«Köhlən atlar»ın heyətində 5-ci və 55-ci dəqiqələrdə fərqlənən Leandro Andrade dubl müəllifi olub. Paytaxt təmsilçisinin yeganə qoluna isə 58-ci dəqiqədə Fərid Nəbiyev imza atıb.
Qeyd edək ki, açılış matçında «Araz-Naxçıvan» «doğma divarlar» arasında «Kəpəz»ə 1:0 hesabı ilə qalib gəlib. Turun ikinci görüşündə isə «Şamaxı» «Sumqayıt»a minimal hesabla qalib gəlib.