Azərbaycanda ikinci Sığorta Festivalının bağlanış mərasimi keçirilir 

0 13


Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı ilə təşkil olunmuş ikinci Sığorta Festivalının təntənəli bağlanış mərasimi Gəncə şəhərində keçirilir.

ASA-dan «Report»a verilən məlumata görə, Festivalda təşkilatçı qurumların və Gəncə şəhər İcra Hakimiyyətinin, o cümlədən sığorta şirkətlərinin rəhbərlikləri iştirak edirlər.

Tədbir çərçivəsində Gəncə sakinləri üçün hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular təşkil olunub. Həmçinin Festival zamanı ölkədə həyata keçirilən sığorta maarifləndirməsi layihəsinin tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı bilgiləndirici məlumatlar verilir.

Festivalda sığorta şirkətlərinin nümayəndələri də iştirak edirlər və tədbirə qatılan Gəncə sakinlərinə yerində sığortalanmaq imkanı yaradılıb.

Əlavə edək ki, ölkədə keçirilən ikinci Sığorta Festivalı çərçivəsində ayrı-ayrı günlərdə Bakı, Sumqayıt, Lənkəran və Naxçıvan şəhərlərində də tədbirlər təşkil olunub.

Qeyd edək ki, Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirlərinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyaslı maarifləndirmə layihəsinin tərkib hissəsidir. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir.





Source link

Leave A Reply

Your email address will not be published.