Vyetnamın şimalında baş verən güclü daşqınlar nəticəsində azı 254 nəfər ölüb, daha 82 nəfər itkin düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 26 əyalət və şəhərdə daşqınlar nəticəsində 204 mindən çox ev və bina su altında qalıb və dağılıb, elektrik və rabitə xətləri sıradan çıxıb. Daşqınlar 263 min hektardan çox kənd təsərrüfatı sahəsini məhv edib.
“Yaqi” qasırğasından sonra Vyetnamın şimalında keçən həftənin sonundan başlayan daşqınlar ölkənin müasir tarixində ən böyük daşqınlardan birinə çevrilib.