Sentyabrın 12-də həndbol üzrə XXXI Azərbaycan çempionatına start veriləcək.
«Report» xəbər verir ki, yeni mövsümdə 16 komanda mübarizə aparacaq.
Kişilərin yarışında “Azəryol”, “Bakı”, “Dinamo”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil” və U-17 Buta, qadınların turnirində isə “Azəryol”, “Bakı”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ” və “Təhsil” komandaları qalib adı uğrunda yarışacaqlar.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi çempionatın oyunları “AHF Arena” və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.