Azərbaycan millisinin sabiq futbolçusuna xatirə hədiyyəsi verilib

0 18


Azərbaycan milisinin və «Qarabağ»ın sabiq futbolçusu Maksim Medvedevə Millətlər Liqasında baş tutacaq İsveçlə oyundan öncə AFFA tərəfindən xatirə hədiyyəsi verilib.

«Report» xəbər verir ki, keçmiş futbolçu milli komandada göstərdiyi xidmətlərə görə xüsusi qiymətləndirilib, ona təşəkkür edilib.

Xatirə hədiyyəsini M.Medvedevə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və «Zirə» klubunun baş məşqçisi Rəşad Sadıqov təqdim edib.

Qeyd edək ki, müdafiəçi Azərbaycan millisində 81 oyun keçirib, 4 qol müəllifi olub. O, ötən mövsüm bitdikdən sonra futbolçu karyerasını nöqtələyib.





Source link

Leave A Reply

Your email address will not be published.