Küçədə arvadının başını daşla əzib öldürdü

0 11


Türkiyədə küçədə dəhşətli qət hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhərinin Yumurtalık qəsəbəsində baş verib. 55 yaşlı Murat Dürüst bir müddət əvvəl evi tərk edən 2 uşaq anası olan arvadı 52 yaşlı Ayşe Dürüstün başına daşla vuraraq öldürüb.

Məlumata görə, cütlük münasibətlərinin normal olmaması səbəbilə boşanma qərarı veriblər. Qadın isə evi tərk edərək, getdiyi yeridə ərindən gizlədib. Onlar küçədə rastlaşıblar və aralarında mübahisə yaranıb. Bu zaman kişi yerdən götürdüyü metlax daşı ilə qadının başına çoxsaylı zərbə vurub. Ətrafdakılar qadını onun əlindən alaraq, Murat Dürüstü döyüblər.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri yaralını xəstəxanaya aparıblar. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Murat Dürüst saxlanılıb və araşdırma aparılır.



Source link

Leave A Reply

Your email address will not be published.