Cənubi Koreya Asiyada iqlim qanununu konstitusiyaya zidd olaraq tanıyan ilk ölkədir

0 18

Koreya Konstitusiya Məhkəməsi hökumətin təsdiq etdiyi iqlim dəyişikliyi ilə mübarizə planlarının ölkə konstitusiyası ilə uzlaşmadığını açıqlayıb. Bu, Asiya ölkələri arasında ilk belə məhkəmə qərarıdır.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, Konstitusiya Məhkəməsi karbon neytrallığı ilə bağlı milli qanunun insanların əsas hüquqlarına zidd olduğu barədə qərar çıxarıb.

Ölkə hökuməti 2030-cu ilə qədər karbon emissiyalarını 2018-ci ilə nisbətən 40 % azaltmağı vəd etsə də, 2031-ci ildən 2049-cu ilə qədər olan dövr üçün hədəflər qoymayıb. Koreyanın ən yuxarı məhkəmə instansiyasının fikrincə, hökumət iqlim dəyişikliyi ilə mübarizə üçün kifayət qədər tədbirlər görməməklə insanların hüquqlarını pozur.

Agentlik qeyd edir ki, məhkəmə hökumətin iqlim böhranına kifayət qədər reaksiya verməməsinin onların hüquqlarına zidd olduğunu iddia edən fəalların şikayətləri əsasında hökm çıxarıb. Eyni zamanda, məhkəmə fəalların bəzi iddialarını rədd edib. İddiaçılar 2030-cu ilə qədər emissiyaların azaldılması hədəflərinin də yetərli olmadığını düşünürlər, lakin hakimlər bununla razılaşmayıblar.

Qeyd olunur ki, bundan sonra ölkə hökuməti və parlamenti 2026-cı il fevralın 28-dək iqlim dəyişikliyi ilə mübarizə üzrə daha sərt tədbirlər görməlidir.





Source link

Leave A Reply

Your email address will not be published.