Həbsdə olan «qanuni oğru»nun bu tələbi rədd edildi

0 9


Rusiyanin Novosibirsk şəhərində apellyasiya məhkəməsi “qanuni oğru” Nikolay Kuzmiçevin hökmündən müdafiə tərəfinin apellyasiya şikayətinə baxıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, avtoritetin müdafiə tərəfi cəzanın ağır olduğunu irəli sürərək, qərara etiraz edib. Lakin onların apellyasiya şikayəti rədd edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişməz qalıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Tomsk vilayət məhkəməsi Kuzmiçev barəsində 10,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 1 milyon rubl (təxminən 18 min 600 manat) cərimə təyin edib. 

İstintaq materiallarına görə, Kolya Tomski 2013-cü ildə “qanuni oğru” titulunu alıb. Kriminal aləmdə ona Tomsk və Kemerovo vilayətlərində kriminal mühiti idarə etmək səlahiyyətləri verilib.

Nikolay Kuzmiçev günahını və “qanuni oğru” statusunu etiraf etməyib.



Source link

Leave A Reply

Your email address will not be published.