Şvabenin qərəzli mövqeyi Qərb, xüsusilə də Brüsselin Azərbaycana qarşı oyununun tərkib hissəsidir — RƏY

0 19


Almaniya Parlamentinin üzvü Frank Şvabenin qərəzli mövqeyi Qərb, xüsusilə də Brüsselin Azərbaycana qarşı oyununun tərkib hissəsidir.

Bunu «Report»a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Şvabenin Azərbaycanın Avropa Şurasında (AŞ) üzvlükdə maraqlı olmadığına və guya bu təşkilatın təbliğ etdiyi dəyərlərə sadiq olmamasına dair ittihamlarının heç bir əsası yoxdur:

«Şvabe yenə qərəzindən əl çəkmir. Bu qərəzli mövqe, əslində, Qərb, xüsusilə də Brüsselin Azərbaycana qarşı oyununun tərkib hissəsidir. Fransa və Almaniya Şvabe kimi təlxəklərdən istifadə edir».

K.Nurullayeva vurğulayıb ki, bu aqressiyanın kökündə Prezident İlham Əliyevin əldə etdiyi tarixi qələbə dayanır:

«Erməni havadarları sadəcə bu böyük qələbəni həzm edə bilmirlər. Çünki onların əsas niyyəti Cənubi Qafqazda ikinci erməni dövlətinin yaradılmasına nail olmaq idi. Amma Azərbaycan 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatları ilə bu məkrli oyunu pozdu. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, biz böyük layları tərpətdik. Ona görə də Azərbaycana təzyiqlər artıb. Təbii ki, bu təzyiqlər heç bir nəticə vermir və verməyəcək».

Müsahib vurğulayıb ki, Ermənistanın silahlandırılması, forposta iqtisadi dəstəyin artırılması, əslində, Azərbaycanın qələbəsinə, uğurlarına verilən reaksiyadır:

«Qərb unutmamalıdır ki, Azərbaycanın legitim maraqları nəzərə alınmadan Cənubi Qafqazda heç nəyə nail olmaq mümkün deyil.
Şvabenin sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidəçi kimi dəvət olunmaması ilə bağlı sərsəmləmələri Azərbaycana qarşı qərəzli və riyakar siyasətlə bağlıdır».





Source link

Leave A Reply

Your email address will not be published.