İngiltərənin «Mançester Siti» və Səudiyyə Ərəbistanının «Əl-Hilal» klubu Portuqaliya millisinin müdafiəçisi Joao Kanselonun transferi ilə bağlı şifahi razılığa gəliblər.
«Report» xarici KİV-ə istinadən xəbər verir ki, asiyalılar 30 yaşlı futbolçuya mövsümlük 15 milyon avro maaş təklif edib.
«Şəhərlilər»lə müqaviləsi 2027-ci ildə başa çatacaq Kanselo yaxın müddətdə qərarını açıqlayacaq.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında «Barselona»da keçirən Joao 4 qol vurub.