“Danışaq?” layihəsinin növbəti qonağı neyrocərrah olub

0 29

Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında abunəçilərinə daha bir videomüsahibə təqdim edib.

“Report”un məlumatına görə, podkastın qonağı həkim-neyrocərrah Fariz İsgəndərov olub.

Podkastda həkim-hepatoloq, “Medprosvet” MMC-nin baş direktoru, doktor Zaur Orucov da iştirak edib.

Söhbət iştirakçıları insanın öz beynini nə dərəcədə yaxşı bilməsi və “onurğa beyni yoxsa baş beynin daha vacib olması ilə bağlı müzakirə aparıblar.

F.İsgəndərov beyin şişlərinin əsas səbəbləri və onların qarşısının alınması imkanlarından danışıb.

Müsahibənin gedişində hidrosefaliya, qamma bıçağı, epilepsiyanın neyrocərrahiyyənin köməyi ilə müalicəsi kimi mövzulara da toxunulub.

Söhbətin böyük hissəsi insulta həsr olunub və F.İsgəndərov bu xəstəlik, onun necə tez bir zamanda müəyyən edilməsi və bu xəstəliyə tutulduqda nə etmək lazım olması barədə məlumat verib.

O, həmçinin insultdan sonra sağalma sürətindən və bu xəstəliyin ən çox kimlərə təsir etməsindən danışıb.

Sonda neyrocərrah rusiyalı və azərbaycanlı həkimləri müqayisə edib.

https://www.youtube.com/watch?v=WMO5vbPODaA





Source link

Leave A Reply

Your email address will not be published.