Azərbaycanın İrandakı səfiri İƏT-nin yeni baş katibi ilə görüşüb

0 19

Azərbaycanın İrandakı səfiri və ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Əli Əlizadə Tehranda təşkilatın yeni baş katibi Əsəd Məcid Xan ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“İƏT-nin yeni baş katibi Əsəd M. Xan ilə görüşməkdən şadam. Biz İƏT-nin rolunun daha da gücləndirilməsi, eləcə də Azərbaycanla fəal əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi apardıq”, — Ə.Əlizadə yazıb.

Səfir həmçinin yeni baş katibə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Leave A Reply

Your email address will not be published.