İran və Qətər XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

0 26


Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kan ilə danışıb.

“Report” xəbər verir ki, bu barədə Qətərin dövlət xəbər agentliyi QNA məlumat yayıb.

Qeyd olunub ki, diplomatlar regionda baş verənlərlə bağlı fikir mübadiləsi aparmaqla yanaşı, ikitərəfli əməkdaşlığın perspektivləri barədə də danışıblar.

Tərəflər Yaxın Şərqdə müharibəyə son qoymaq üçün birgə vasitəçilik səylərinə də nəzərdən keçiriblər.

Diplomatlar davam edən gərginliyin azaldılması və regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar.





Source link

Leave A Reply

Your email address will not be published.