Vens CNN-də rəqibi ilə debata razılaşıb

0 15

ABŞ-nin Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd olan Ceyms Devid Vens demokrat rəqibi və Minnesota ştatının qubernatoru Tim Uolts ilə teledebatda iştirak etməyə razılaşıb.

“Report” xəbər verir ki, bu barədə Vens “X” sosial şəbəkəsində məlumat verib.

“Mən təkcə oktyabrın 1-də CBS-dəki debat dəvətini yox, həm də sentyabrın 18-də CNN-dəki debat dəvətini qəbul edirəm”, — o deyib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. İyulun 21-də hazırkı prezident Cozef Bayden seçki yarışından çəkilmək qərarına gəlib və Kamala Harrisin namizədliyini dəstəkləyib. O isə öz növbəsində Uoltsu özünə tərəfdaş seçib.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi isə Donald Tramp irəli sürülüb və o, seçki yarışında özünə tərəfdaş kimi senator Vensi seçib.





Source link

Leave A Reply

Your email address will not be published.