«Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
«Report» klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi son mövsümü Özbəkistanın “Surxon Termiz” klubunda keçirmiş Liberiya millisinin üzvü Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalayıb.
25 yaşlı hücumçu 99 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç və Sərtan Taşkını heyətinə qatıb.