Bakıda Çin incəsənətinə həsr olunmuş fotosərgi açılıb

0 23

Bakıda səyahətçi-bloger İradə Qədirovanın hazırladığı Çin incəsənətinə həsr olunmuş fotosərgi açılıb.

“Report” xəbər verir ki, tədbir Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Tədbirin açılışında çıxış edən Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao bildirib ki, son 100 ildə Kommunist Partiyasının rəhbərliyi altında Çin böyük dəyişikliklərə məruz qalıb, müharibə və xaosa qərq olmuş kasıb və zəif ölkədən dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilib.

“Çində bu illər ərzində aparılan sorğular göstərib ki, əhali arasında hökumətə dəstək və məmnunluq səviyyəsi 90% təşkil edir”, — o vurğulayıb.

Tao ölkə büdcəsinin 70 faizdən çoxunun sosial təminata ayrıldığını söyləyib.

Çin mədəniyyətinin zənginliyini və rəngarəngliyini əks etdirən nadir əsərlərin təqdim olunduğu sərgi avqustun 16-dək davam edəcək.





Source link

Leave A Reply

Your email address will not be published.