Ata yeni doğulan körpəni ağladığı üçün döyüb öldürdü

0 17

Rusiyanın Kurqan vilayətində 39 yaşlı ata yeni doğulmuş uşağı döyərək öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, aprelin 27-də günorta saatlarında kişi körpənin ağlamasından əsəbiləşib və onun başına vurmağa başlayıb. Körpənin anası baş verənlərin şahidi olub və polisə müraciət edib. Həkimlər hadisə yerinə gəlsə də, körpəni xilas etmək mümkün olmayıb.

Ata saxlanılıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “c, d” bəndləri ilə ittiham olunur. Qeyd olunur ki, həmin şəxs əvvəllər qəsdən insan sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinib.



Source link

Leave A Reply

Your email address will not be published.