Dövlət Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edib

0 16

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Zaqatalada vətəndaşları qəbul edib.

Bu barədə «Report»a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşlar müqəddəs kitabları öyrənmə kurslarının yaradılması üçün icazənin alınması, dini icmanın dövlət qeydiyyatı, dini təhsil, İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.





Source link

Leave A Reply

Your email address will not be published.