Yol vermək üstündə evakuator sürücüsünü vəhşicəsinə öldürdülər

0 37


Türkiyədə evakuator sürücüsü qətlə yetirilib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Antalyanın Kəpəz qəsəbəsində baş verib. Evakuator sürücüsü 26 yaşlı Mert Engin bir taksini götürmək üçün ünvana gəlib. Burada o, taksini evakuatora yükləyərkən yol vermək üstündə yoldan keçən avtomobildəki 2 nəfərlə mübahisə yaranıb.

Həmin şəxslər maşından çəkic götürərək, Enginin başına vurublar. O, yerə yıxılaraq, huşunu itirib və başı qanayıb. Özünə gəlib ayağa qalxanda isə cinayətkarlardan biri silahla onun başına atəş açıb.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Mert Egninin öldüyünü müəyyən ediblər. Polisin keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törədənlərdən 17 yaşlı D.D. saxlanılıb. Digər şəxs, çoxsaylı cinayətləri olan B.D.-nın saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir. Məlum olub ki, B.D. hadisə yerindən kiarəy avtomobillə qaçıb və onu atasının evinin önündə saxlayıb.

Digət tərəfdən mərhum Enginin toy hazırlıqları etdiyi və 2 ay sonra evlənəcəyi üzə çıxıb.



Source link

Leave A Reply

Your email address will not be published.