2025-ci ildə Beynəlxalq “Avroviziya” Mahnı Müsabiqəsi İsveçrədə keçiriləcək, çünki 2024-cü ildə bu ölkəni təmsil edən Nemo şounun qalibi olub.
Lent.az müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, maydakı möhtəşəm finaldan çox az vaxt keçib, lakin ölkələr artıq növbəti yarışa hazırlaşır.
Bu yarışda üç il dalbadal şouda iştirak etməyən ölkələrdən biri müsabiqəyə qayıdacaq.
2025-ci ildə Monteneqro yenidən müsabiqəyə qatılacaq. Məlumdur ki, ölkə qeyri-sabit maliyyə vəziyyətinə görə 2022-ci ildə iştirakdan imtina edib.
Monteneqro 2023 və 2024-cü illərdə də müsabiqənin iştirakçısı olmayıb.