9 iyul 2024-cü il tarixində Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə ilkin ehtimala görə içərisində 1 nəfərin olduğu avtomobilin Taxtakörpü su kanalına düşməsi ilə əlaqədar əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.
Bu barədə «Report»a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Hazırda batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Əliyev Abusət Xanlar oğlunun axtarışları dalğıc-xilasedicilər tərəfindən fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.
10:18
Samur- Abşeron kanalının «Şəfəq» qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb.
«Report» un yerli bürosunun məlumatına görə, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb.
Avtomobil sudan çıxarılsa da, Abusət Əliyev tapılmayıb. Onun axtarışları davam etdirilir.
Qeyd edək ki, A.Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.