Həbsdə olan qardaşına narkotik gətirməkdə şübhəli bilinən şəxs saxlanılıb

0 23

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə «Report»a Ədliyyə Nazirliyi Pentensiyar Xidmətindən məlumat verilib.

Bildirib ki, həbs olunmuş şəxs Xəzər Natiq oğlu Cabbarovla görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman əynindəki şalvarının cibində siqaret qutusunun içərisində gizlədilmiş üç ədəd bükülüdə ümumi təmiz çəkisi 1,042 qram narkotik vasitə hesab olunan heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.





Source link

Leave A Reply

Your email address will not be published.