Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 3 dəfəyə yaxın artıb

0 35

Bu ilin I yarısında Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 1 milyard 455,7 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli «X» sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur.

“Dövlət satınalmalarının elektron qaydada həyata keçirilməsi sahibkarların sərbəst və vaxt itkisinə məruz qalmadan satınalmalarda iştirakına və subyektiv amillərin aradan qaldırılmasına şərait yaradır. Satınalmaların rəqəmsallaşdırılması rəqabətliliyin qorunması, biznes subyektlərinin satınalmalarda iştirak səviyyəsinin yüksəlməsinə töhfə verir”. — deyə M.Abbasbəyli qeyd edib.





Source link

Leave A Reply

Your email address will not be published.