Azərbaycan Mərkəzi Bankı 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib

0 31

Azərbaycan Mərkəzi Bankı (AMB) «City Finance», “Kəpəz” və “İnkişaf üçün Maliyyə” MMC-lər bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini cərimə edib.

«Report» bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq «City Finance»in vəzifəli şəxsi 1 500 manat, «Kəpəz»in vəzifəli şəxsi isə 6 000 manat cərimələnib.

Bundan başqa, AMB-nin apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddələrinə müvafiq olaraq AMB-nin təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə «İnkişaf üçün maliyyə» 20 min manat, onun vəzifəli şəxsi isə 2 min manat cərimələnib.





Source link

Leave A Reply

Your email address will not be published.