Milli Mətbuat Günü münasibətilə “Sosial Jurnalistika” təlimi keçirilib

0 35

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi keçirilib.

“Report” xəbər verir ki, 22 İyul — Milli Mətbuat Günü münasibətilə təşkil edilən təlimdə 14 media qurumundan jurnalistlər iştirak edib.

“Məzuniyyət hüququ” mövzusuna həsr edilən təlimdə iştirakçılara əmək məzuniyyəti, sosial məzuniyyət, təhsil məzuniyyəti və ödənişsiz məzuniyyət növləri, həmçinin Əmək və Məşğulluq altsistemindəki (ƏMAS) yeniliklər haqqında ətraflı məlumat verilib. Media nümayəndələrinin bu mövzuda sualları cavablandırılıb.

Daha sonra mövzunun necə mənimsənildiyini müəyyənləşdirmək məqsədi ilə “workshop” keçirilib. İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqlarını cavablandırıb, bu mövzuda press-relizlər hazırlayıblar. Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Sosial Jurnalistika” təlimlərinin təşkil edilməsində məqsəd media nümayəndələrinin sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara yanaşmada peşəkarlıq səviyyəsinin artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.





Source link

Leave A Reply

Your email address will not be published.