Azərbaycanın dövlət qurumlarında informasiya təhlükəsizliyi ilə bağlı boşluqlar ötən ay 42 % azalıb

0 32

Bu ilin yanvar-iyun aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 386 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

“Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 % çoxdur.

Təkcə iyunda isə 38 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki ayın göstəricisindən 33,4 %, bir il əvvəl ilə müqayisədə isə 42 % azdır.

Xatırladaq ki, 2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 142 ədəd və yaxud 26 % çoxdur.





Source link

Leave A Reply

Your email address will not be published.