Dairə seçki komissiyalarında yaradılmış ekspert qruplarının tez-tez dəyişməsinin tərəfdarı deyilik.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
“Ekspert qruplarına təlimlər keçirik, onlar təcrübə qazanırlar. Hazırda ekspert qruplarının tərkibinin 1/3-i əvvəlki şəxslərdir. Bu, çox azdır”, — deyə MSK sədri bildirib.
O qeyd edib ki, 475 ekspertin əksəriyyəti hüquqşünas olmalıdır.
MSK-nın sədr müavini Rövzət Qasımov isə vurğulayıb ki, ekspertlərin seçimində xüsusilə gənclərə üstünlük verilib.