İranlı sürücünün Ermənistanla sərhəddə döyülməsi faktı üzrə cinayət işi açılıb

0 29

İran vətəndaşının İslam Respublikası-Ermənistan sərhədində döyülməsi fakt üzrə Ermənistan İstintaq Komitəsi cinayət işi başladıb.

“Report” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, İran vətəndaşı zərərçəkmiş şəxs kimi tanınıb və dindirilib. O, şikayətinin olmadığını bildirib.

Qeyd edilib ki, məhkəmə tibbi ekspertizası İran vətəndaşının hadisə zamanı sərxoş olduğunu müəyyənləşdirib.

Hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Ermənistan vətəndaşı polis şöbəsinə gedərək əməlini etiraf edib.

Qeyd edək ki, zərərçəkən sürücüdür.

Leave A Reply

Your email address will not be published.