“Aqrar İnkişaf Könüllüləri” təşkilatı üzvlərinin sayını açıqlayıb

0 31

Bu günə qədər “Aqrar İnkişaf Könüllüləri” təşkilatına 4 minə yaxın könüllü üzv olub.

«Report» Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu təşkilatın sədri Aytac Cabbarova bildirib.

Onun sözlərinə görə, hazırda qurumun ölkənin 53 regionunda nümayəndəliyi var. Təşkilatın həyata keçirdiyi müxtəlif layihə, aksiya və tədbirlərdə 7 minə yaxın gənc iştirak edib.

A.Cabbarova «Aqrar İnkişaf Könüllüləri»nin yalnız ölkə daxilində deyil, Fransa, Rusiya, Qırğızıstan kimi ölkələrdə yerləşən beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq etdiklərini qeyd edib.





Source link

Leave A Reply

Your email address will not be published.