Avropa çempionatı: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib — YENİLƏNİB

0 29

Azərbaycanın yeniyetmə cüdoçusu Cəsur İbadlı (73 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında növbəti görüşünə çıxıb.

«Report»un Sofiyaya ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı 1/4 finalda Yahor Talaka (AİN) ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn İbadlı yarımfinala yüksəlib.

Daha əvvəl Vüsalə Hacıyeva, Aysun Məmmədova (hər ikisi 52 kq), Aytən Verdiyeva (57 kq) və Səlim Soltanov (66 kq) məğlubiyyətə üzülüblər.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışda 19 idmançı ilə təmsil olunur. Ötən gün 9 cüdoçudan ikisi medal qazanıb. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bürünc mükafat əldə edib.

14:46

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda təşkil olunan Avropa çempionatında növbəti görüşlərini keçiriblər.

«Report»un Sofiyaya ezam olunan əməkdaşı xəbər verir ki, Cəsur İbadlı (73 kq) ikinci qarşılaşmasında da qalib gəlib.

O, Ermənistan təmsilçisi Tiqran Sabukhanyandan üstün olub.

Səlim Soltanov (66 kq) və Aytən Verdiyeva (57 kq) isə uduzublar.

Daha əvvəl Vüsalə Hacıyeva və Aysun Məmmədova (hər ikisi 52 kq) məğlubiyyətə üzülüblər.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışda 19 idmançı ilə təmsil olunur. Ötən gün 9 cüdoçudan ikisi medal qazanıb. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bürünc mükafat əldə edib.





Source link

Leave A Reply

Your email address will not be published.