Növbəti illərdə təhsil sisteminə 20 faiz yeni müəllim gələcək.
«Report» xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev «Sertifikatlaşdırma 2024: peşəkar müəllim — keyfiyyətli təhsil» adlı tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, həmin müəllimlər də sertifikatlaşdırma prosesində daha yüksək nəticə göstərən olacaq.