Məşhur müğənni Nura Suri kənd qızı olub.
Lent.az xəbər verir ki, müğənni yeni mahnısı — “Bana bana gəl”ə çəkdirdiyi klipi ilə diqqət çəkib.
Sənətçi bu dəfə Cahangir Cahangirovun ölməz bəstəsi “Bana bana gel”ə yeni nəfəs verib. Sözləri Zeynal Cabbarzadəyə məxsus mahnını fərqli tərzdə Fərid Aqa aranjiman edib.
Klip Astara rayonunun Sım kəndində lentə alınıb. Nura Suri kənddə yaşayan bir xanım obrazında kamera qarşısında keçib.
Onun geyim tərzi marağa səbəb.
Həmin görüntüləri sizlərə təqdim edirik: