Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Almaniya — Macarıstan matçının ən yaxşı futbolçusu müəyyənləşib.
«Report» UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundestimin heyətində İlkay Gündoğan qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
33 yaşlı yarımmüdafiəçi Macarıstanla matçda komandasının ikinci qolunun müəllifi olub.