AVRO-2024: Türkiyə ilk matçında qələbə qazanıb — YENİLƏNİB — 6

0 21

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə — Gürcüstan matçında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb.

«Report» xəbər verir ki, Mərt Müldür 25-ci Arda Gülər 65-ci dəqiqədə fərqlənib.

Türkiyə millisində son nöqtəni Kərəm Aktürkoğlu 90+7-ci dəqiqədə qoyub. Gürcüstan millisinin yeganə qolunu isə 32-ci dəqiqədə Georgi Mikautadze vurub.

21:25

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə — Gürcüstan matçında Türkiyə komandası növbəti qolu vurub.

«Report» xəbər verir ki, Arda Gülər 65-ci dəqiqədə fərqlənib.

Türkiyə millisindən daha əvvəl Mərt Müldür 25-ci dəqiqədə qol vurub. Gürcüstan komandasından isə Georgi Mikautadze 32-ci dəqiqədə fərqlənib.

21:03

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə — Gürcüstan matçında ikinci hissəyə start verilib.

«Report» xəbər verir ki, hazırda davam edən görüşdə hesab bərabərdir — 1:1.

Türkiyə millisindən Mərt Müldür 25-ci dəqiqədə fərqlənib. Georgi Mikautadze 32-ci dəqiqədə bərabərliyi təmin edib.

20:51

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə — Gürcüstan matçında ilk hissə başa çatıb.

«Report» xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.

Türkiyə millisindən Mərt Müldür 25-ci dəqiqədə fərqlənib. Georgi Mikautadze 32-ci dəqiqədə bərabərliyi təmin edib.

20:35

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə — Gürcüstan matçında hesab bərabərləşib.

«Report» xəbər verir ki, Georgi Mikautadze 32-ci dəqiqədə bərabərliyi təmin edib.

Türkiyə millisindən Mərt Müldür matçın 25-ci dəqiqəsində fərqlənib.

Görüş davam edir.

20:29

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə — Gürcüstan matçında hesab açılıb.

«Report» xəbər verir ki, Mərt Müldür matçın 25-ci dəqiqəsində gürcüləri cəzalandırıb.

Görüş davam edir.

20:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda mübarizəyə start verilib.

«Report»un məlumatına görə, I turun Türkiyə — Gürcüstan metçı Bakı vaxtı ilə 20:00-da başlayıb.

Qarşılaşmanı argentinalı hakim Fakundo Telyo idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.





Source link

Leave A Reply

Your email address will not be published.