Cari il Biləsuvar rayonunda yem bitkilərinin sahəsi xeyli artırılıb.
«Report»un Muğan bürosunun məlumatına görə, əkin sahələri 3 min hektardan çox artırılaraq 11 min hektarı keçib. Belə ki, ötən il bu rəqəm 8 minə yaxın olub.
Fermerlərin sözlərinə görə, yem bitkilərinin əsasını yonca təşkil edir. Əkin sahələri artırılsa da, məhsuldarlıq iki dəfəyə yaxın azalıb. Bunun səbəbi bu il havaların qeyri-sabit keçməsidir.
Fermerlər qeyd edib ki, artıq yonca bitkisinin ikinci biçini başlayıb.
Ot bağlamalarının qiyməti 4-4,5 manat arasında dəyişir.