Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Birləşmiş Ştatlarının Dövlət Departamentinin Peşəkar Təqaüd Proqramının azərbaycanlı iştirakçıları ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki Səfirliyi məlumat yayıb.
Qeyd edilir ki, proqramın iştirakçıları ABŞ cəmiyyətini daha dərindən dərk etdikcə liderlik, peşəkar bacarıqları təkmilləşdirmək, Amerika və digər proqram iştirakçıları ilə əlaqələri genişləndirmək üçün nəzərdə tutulmuş 5-6 həftəlik qlobal mübadilə layihələrinə qoşulmaq üçün xüsusi fürsət əldə ediblər.