Ukrayna ildə 40 milyard dollarlıq silahla təmin ediləcək

0 21

Ukrayna ildə 40 milyard dollarlıq silahla təmin ediləcək.

«Report» xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı iyunun 13-də NATO-nun müdafiə nazirləri təminat planını təsdiq edəcəklər.

Stoltenberq bildirib ki, alyans təchizatı koordinasiya edəcək.

«Mən nazirlərin Ukraynaya yardımın göstərilməsində NATO-nun rolunun gücləndirilməsi planını təsdiqləyəcəklərini gözləyirəm. Bu, Vaşinqtonda keçiriləcək sammitdə razılaşdırılacaq Ukraynaya yardım paketinin əsas elementidir», — alyans rəsmisi qeyd edib.





Source link

Leave A Reply

Your email address will not be published.