ABŞ Maliyyə Nazirliyi Rusiyaya informasiya texnologiyaları (İT) və bulud xidmətləri ilə bağlı bəzi xidmətlərin göstərilməsini qadağan edəcək.
“Report” xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilən sənəddə deyilir.
O cümlədən qadağa birbaşa və ya dolayısı ilə ABŞ-dan və ya ABŞ-dan olan şəxs tərəfindən İT sahəsində konsaltinq xidmətləri və layihələndirmə xidmətlərinin, İT dəstəyinin və ya bulud xidmətlərinin Rusiya Federasiyasının ərazisində olan istənilən şəxsə ixracı, təkrar ixracı, satışı və ya təchizatına şamil edilir.
Qurumun məlumatına görə, ABŞ vətəndaşı tərəfindən idarə olunan şirkətlər üçün, eləcə də şirkətin bağlanması və ya investisiya prosesindən söhbət getdiyi hallarda və ya ABŞ hakimiyyət orqanlarının müvafiq icazəsi olarkən istisna hallar olacaq.
Məhdudlaşdırıcı tədbirlər sentyabrın 12-dən qüvvəyə minəcək.