İrakli Qaribaşvilinin ailəsi müxalif “TV Pirveli” telekanalını məhkəməyə verib

0 37

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvilinin ailəsi müxalif “TV Pirveli” telekanalını məhkəməyə verib.

«Report»un yerli bürosu xəbər verir ki, buna səbəb telekanalın efirində Qaribaşvili ailəsinə məxsus üzüm emalı zavodunun uzunmüddətli icarə müqaviləsinin bağlaması ilə bağlı süjet olub.

Müqavilə «Qaribaşvilis Marani» şirkətləri ilə fransalı investorun təsis etdiyi Gürcüstan şirkəti arasında imzalanıb.

Süjetdə deyilir ki, zavodun alınması və sonradan icarəyə verilməsi mümkün korrupsiya sxemləri ilə bağlıdır.

“Biz məhkəməyə İrakli Qaribaşvilinin ailəsinə qarşı uzun illər boyu hazırlanmış yalan və böhtana əsaslanan onlarla xəbəri təqdim edəcəyik. Bizim üçün önəmli olan odur ki, kanalın özü efirə verilən xəbərlərin yalan olduğunu etiraf etsin”, — ailənin vəkili Amiran Qiqaşvili bildirib.





Source link

Leave A Reply

Your email address will not be published.