Vəhşicəsinə qətl törətməkdə təqsirli bilinən 4 Azərbaycan vətəndaşına HÖKM OXUNDU

0 31


Krasnoyarsk vilayət məhkəməsi dörd azərbaycanlını 2023-cü ilin avqustunda Krasnoyarskın Şaripovo şəhərində bir kişinin qətlində və ər-arvadın öldürülməsinə cəhddə təqsirli bilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məhkəmə mühakimə olunan şəxslərin təqsirli bilinməsi barədə qərar çıxarıb. Onlardan biri 17 il, qalanların hər biri 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onlar cəzalarını ümumi rejimli həbsxanada çəkəcəklər. 

Həmçinin, mərhumun yaxın qohumunun xeyrinə ən uzun cəza alan şəxs 1 milyon rubl (11 min dollardan çox) məbləğində mənəvi ziyana görə kompensasiya ödəyəcək.

Xəbər verildiyi kimi, 2023-cü ilin avqustunda Şaripovoda yerli sakinlərlə ölümlə nəticələnən dava ilə bağlı dörd azərbaycanlı saxlanılıb.

İstintaqın məlumatına görə, Şaripovonun 6-cı mikrorayonunda üç Azərbaycan vətəndaşı ilə üç yerli sakin arasında şifahi münaqişə baş verib: sərxoş vəziyyətdə olan şübhəlilər yoldan keçən qızı incidiblər, ər-arvad və tanışları onun müdafiəsinə qalxıblar.

İstintaqın qeyd etdiyi kimi, əcnəbilər armatur və tikintidə istifadə olunan iki çəkic və armatur gətirən dostlarımı çağırıblar, bundan sonra dördü də zərərçəkənlərə hücum edib və onlara armatur və çəkiclərlə dəfələrlə zərbələr endirib. Müttəhimlərdən biri yanında olan bıçaqla zərbə endirib.

30 yaşlı kişi bıçaq xəsarətlərindən yerindəcə keçinib, 27 yaşlı zərərçəkən və 25 yaşlı həyat yoldaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.



 



Source link

Leave A Reply

Your email address will not be published.