Qazaxıstan, Rusiya və Çin Moskva yaxınlığında nəqliyyat qovşağı tikəcək

0 24

Qazaxıstan, Çin və Rusiya 2025-ci ildə Moskva vilayətində yeni nəqliyyat və logistika qovşağı tikəcək.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın “Samruk-Kazına” investisiya holdinqi məlumat yayıb.

Saziş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində imzalanıb.

“Belə mühüm layihənin tikintisi yüklərin daşınması və emalı üzrə, o cümlədən də Qazaxıstan yükgöndərənləri üçün bir sıra üstünlüklər yaradacaq”, — məlumatda qeyd olunur.

İnvestisiya holdinqindən əlavə edilib ki, yeni nəqliyyat qovşağı logistika və terminal fəaliyyətlərində göstərilən xidmətlərin çeşidini genişləndirəcək, həmçinin çatdırılma müddətlərini azaldacaq.





Source link

Leave A Reply

Your email address will not be published.