Rusiyanın Moskva şəhərinin Kuskovski parkının ərazisində qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, 64 yaşlı Novogireevo rayon sakini könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub. Yaxın vaxtlarda məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçəcək və o, istintaq hərəkətləri üçün paytaxt İstintaq Komitəsinin şöbəsinə aparılacaq.
Xatırladaq ki, Moskvada kişi iki nəvəsinin gözü qarşısında ürəyindən bıçaqla qətlə yetirilib. Hadisə iyunun 4-də axşam 3-cü Muzey küçəsi yaxınlığındakı parkda baş verib.