Reytinq turniri: Azərbaycan güləşçisi bürünc medal qazanıb

0 25

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

“Report” xəbər verir ki, üçüncü yer uğrunda görüşdə meksikalı Austin Qomeslə üz-üzə gələn idmançımız rəqibinə qalib gələrək (12:3) bürünc medal qazanıb.

Digər təmsilçimiz Əliabbas Rzazadə (57 kq) yarımfinal mərhələsində məğlub olaraq üçüncü yer uğrunda görüşə çıxmağa haqq qazansa da, zədələnərək turnirlə vidalaşıb.

Qeyd edək ki, iyunun 9-da başa çatacaq yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də çıxış edəcəklər.





Source link

Leave A Reply

Your email address will not be published.